Layihələrimiz


“AgroDev” - Dəyər Zəncirinin İnkişafı və Biznes Konsaltinq şirkəti Azərbaycanda qeydiyyatdan keçmiş ən təcrübəli biznes konsaltinq şirkətlərindən biridir. Şirkətin müxtəlif sahələr üzrə yüksək keyfiyyətli və təcrübəli yerli və beynəlxalq ekspertləri və konsultantları var. Şirkətin konsultantları müxtəlif ölkələrdə müxtəlif layihələr həyata keçirmişlər. Şirkətin 5 əməkdaşının Dəyər Zənciri və Biznesin inkişaf etdirilməsi sahəsində Springfield International Centre (beynəlxalq mərkəz) tərəfindən təqdim olunan beynəlxalq səviyyəli sertifikatı var. 7 əməkdaşın isə Profesional Layihə və Biznesin idarə olunması sahəsində sertifikatları var.

Bizim mütəxəssislər aşağıdakı sahələr üzrə ixtisaslaşmışdır:
• Müxtəlif məhsullar üzrə Dəyər Zəncirinin yaradılması (süd və ət istehsalı, alfalfa, çiyələk, soğan, xiyar, pomidor, kələm, kök, toxum idxalı/yerli toxum istehsalı və s.)
• Müxtəlif məhsullar üzrə istixanaların tikilməsi
• Monitorinq və Qiymətləndirmə
• İlkin sorğular, layihənin təsirinin qiymətləndirilməsi/Fokus qrup müzakirələri. Kənd təsərrüfatının genişlandirilməsi və yerli təsərrüfatların idarə olunması.
• Kənd təsərrüfatının marketinqi
• Aqranomiya/ müxtəlif növ tərəvəzlərin yetişdirilməsi üzrə ən yaxşı təcrübələrin tətbiqi
• Biznesin planlaşdırılması/biznes layihələrinin işlənib hazırlanması
• Avadanlıqlar (pendir qabları, süd kollektorları, şumlama avadanlığı, toxum səpən maşın, quşçuluqda yemləmə aparatı)
• Maliyyə və iqtisadi təhlillər
• İrriqasiya və drenaj işləri (damlama və səpmə süvarma sistemləri)
• Heyvandarlıq
• Alqi satqı
• Layihənin idarə olunması, planlaşdırma və büdcə
• Kənd yerlərinn inkişaf etdirilməsi / İcma səviyyəli kiçik layihələr
• Müxtəlif məhsullar və bizneslər üzrə bazar araşdırması (soğan, çiyələk, süd istehsalı və yerli toxum istehsalı)
• Kənd təsərrüfatı üzrə yarmarkaların təşkili (Bərdə, Gəncə və Bakı) / nümayiş sahələrinin yaradılması (Azərbaycanın mərkəzi regionunda 5 rayonda 20 ha ərazidə 7 məhsul üzrə 20 nümayiş sahəsi)


Bizim hədəf sahələr aşağıdakı regionlardan ibarətdir:
Mərkəzi Aran: Bərdə, Yevlax, Göyçay, Ağcəbədi, Beyləqan
Gəncə – Qazax: Gəncə, Şəmkir, Qədəbəy, Tovuz, Aqstafa, Qazax
Şəki - Zaqatala: Minqəçevir, Şəki, Oğuz, Qax, Zaqatala, Balakən
Quba – Xaçmaz: Quba, Qusar, Qəbələ, İsmayıllı, Dəvəçi, Xaçmaz
Lənkəran – Astara: İmişli, Saatlı, Biləsuvar, Neftçala, Cəlilabad, Lənkəran